"Mançester Yunayted" klubunda oktyabr ayının ən yaxşı oyunçusunun adına aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, Kazemiro komanda yoldaşlarını qabaqlayıb. Braziliyalı yarımmüdafiəçi azarkeşlərin 34 faiz səsini toplayıb.

Kazemiro Lisandro Martines (31%), Markus Reşford (19%) və Dioqo Dalotu (16%) qabaqlayıb.

Oktyabr ayında Kazemiro "Mançester Yunayted"in heyətində 9 oyun keçirib, yalnız birində start heyətində meydana çıxmayıb.