“Liverpul” klubunun “Yuventus”dan icarəyə götürdüyü yarımmüdafiəçisi Artur Melo mövsümün sonuna qədər İngiltərə klubunda qalacaq.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı braziliyalı futbolçu ombasından zədə almasına baxmayaraq, vaxtından əvvəl İtaliya klubuna qayıtmayacaq.

Artur bu mövsüm “Liverpul”un heyətində 3 oyuna çıxıb və ümumilikdə 144 dəqiqə meydanda olub. O, gənclərdən ibarət komandada da 1 oyun keçirib.