İngiltərənin "Mançester Siti" klubu futbolçusu Fil Fodenlə müqaviləni uzadıb.

Offsideplus.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayınadək sözləşmə imzalanıb.

Onun əvvəlki müqaviləsi isə 2024-cü ilin yayına qədər idi.

Qed edək ki, Foden "şəhərlilər"in yetirməsidir. O, 2017-ci ildən klubun əsas komandasında oynayır. Futbolçu 2020-ci ildən İngiltərə millisinin üzvüdür.