"Tottenhem"in futbolçusu Harri Uinks karyerasını İtaliyada davam etdirəcək.
Offsideplus.az London təmsilçisinin saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi icarə əsasında "Sampdoriya"da çıxış edəcək. 26 yaşlı oyunçu mövsümün sonuna qədər İtaliya klubunda oynayacaq.
Qeyd edək ki, Harri 2014-cü ildən "Tottenhem"də çıxış edir. O, bu müddətdə 203 oyuna çıxıb və 5 qol vurub. Futbolçu 2017-ci ildən oynadığı İngiltərə millisində isə 10 görüşdə 1 qolla fərqlənib.