“Çelsi” yarımmüdafiəçi Ross Barkli ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.  

Qeyd edək ki, Ross Barkli 2018-ci ilin yanvarından "zadəganlar"da çıxış edirdi. O, bu müddət ərzində 100 oyuna çıxıb, 12 qol vurub. 28 yaşlı oyunçu İngiltərə yığmasında isə 33 matç keçirib və 6 qol vurub.