"Mançester Yunayted"in yeni transferi Karlos Kazemironun forma nömrəsi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi "18" nömrə altında çıxış edəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, braziliyalı futbolçu "Mançester Yunayted"lə 4+1 illik müqavilə bağlayıb.  "Qırmızı şeytanlar" Kazemiro üçün "Real"a 70 milyon avro ödəyib.