"Mançester Yunayted" yeni transferini açıqlayıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" Karlos Kazemironu heyətinə qatıb. 30 yaşlı yarımmüdafiəçi ilə 4+1 illik müqavilə imzalanıb. "Mançester Yunayted" braziliyalı futbolçu üçün "Real"a 70 milyon avro ödəyib.

Qeyd edək ki, Kazemiro 2013-cü ildən "Real"ın formasını geyinirdi.