Karlos Kazemironun "Mançester Yunayted"ə transferi reallaşmaq üzrədir.

Offsideplus.az jurnalist Fabritsio Romanoya istinadən xəbər verir ki, Premyer Liqa klubu 30 yaşlı yarımmüdafiəçi üçün "Real"a 60 milyon avro və 10 milyon avro bonus təklif edir. "Kral klubu"nun bu gün təklifə cavab verəcəyi gözlənilir.

"Qırmızı şeytanlar" braziliyalı futbolçu ilə 2026-cı ilin iyun ayına qədər müqavilə imzalamaq niyyətindədir. Kazemironun bu təklifə müsbət yanaşdığı bildirilir. 

Futbolçunun tibbi müayinədən keçməsi və rəsmi müqavilənin bağlanması 48 saat çəkəcək.

Qeyd edək ki, Karlos Kazemiro 2013-cü ildən "Real"ın formasını geyinir. Onun La Liqa nəhəngi ilə sözləşməsinin müddəti 2025-ci ilə qədərdir.