“Vulverhempton” klubu yarımmüdafiəçisi Joao Moutinyo ilə müqavilənin müddətini artırıb.

Offsideplus.az xəbər verir ki, 35 yaşlı portuqaliyalı futbolçu ilə 1 illik yeni sözləşmə imzalanıb.

Moutinyo 2018-ci ilin yayından “Vulverhempton”da çıxış edir. O, bu komandanın heyətində meydana çıxdığı 176 oyunda 5 qola imza atıb.