Fransanın “Lill” klubu niderlandlı müdafiəçisi Sven Botmanla yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, Liqa 1 təmsilçisi 22 yaşlı mərkəz müdafiəçisini İngiltərənin “Nyukasl” klubuna satıb.

Premyer Liqa təmsilçisi bu transfer üçün fransızlara 35 milyon funt-sterlinq ödəyib. Sven Botman yeni klubu ilə 5 illik müqavilə bağlayıb.