"Liverpul" futbolçusu Ceym Milnerlə sözləşməni yeniləyəcək.
Offsideplus.az "goal.com"a istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 36 yaşlı yarımmüdafiəçini komandada saxlmağı düşünür. Adıçəkilən oyunçunun hazırkı sözləşməsi bu yay başa çatır.
Qeyd edək ki, Milner 2015-ci ildən "Liverpul"da çıxış edir.