"Çelsi" "Ştuttqart" forması geyinən Borna Sosanı heyətinə qatmaq istəyir.
Offsideplus.az xəbər verir ki, "zadəganlar" zədə səbəbindən mövsümü erkən bitirən Ben Çilvellin yerinə 24 yaşlı xorvatiyalı müdafiçini transfer etmək istəyir. Lakin almanlar bu keçid üçün London klubundan 30 milyon avro istəyir.
Borna Sosayla "İnter"də yaxından maraqlanır.
Qeyd edək ki, adıçəkilən oyunçu 2018-ci ildən "Ştuttqart"dadır.



