“Nyukasl Yunayted” klubu ilk transferini rəsmiləşdirib.

Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Atletiko”dan Kiran Trippyeri heyətinə qatıb. İngiltərəli müdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Trippyer daha əvvəl İngiltərənin “Tottenhem” klubunda çıxış edib.