"Çelsi" klubunun keçmiş futbolçusu Con Terri klubun akademiyasında işə düzəlib.

Offsideplus.az xəbər verir ki, bu barədə "zadəganlar"ın rəsmi saytı məlumat yayıb.

O, məsləhətçi məşqçi vəzifəsində çalışacaq. Terri akademiyanın futbolçuları və məşqçiləri ilə işləyəcək.

Qeyd edək ki, Con Terri 19 il – 1998-2017-ci illərdə “Çelsi”nin şərəfini qoruyub.