"Arsenal" "Yuventus"un futbolçusu Artur Melonu icarə əsasında heyətinə qatmaq istəyir.
Offsideplus.az xəbər verir ki, "topçular" 25 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfi məlumatlandırıb. Lakin Turin klubu bu keçidə müsbət yanaşmır. London təmsilçisinin çalışdırıcısı Mikel Arteta Nikolas Pepe və Tomas Bartinin Afrika Kubokundakı iştirakını nəzərə alaraq bu transferə ciddi yanaşır.
Qeyd edək ki, Melo 2020-ci ildə "Barselona"dan 72 milyon avroya "qoca sinyora"nın yolunu tutmuşdu.