"Beşiktaş" Divok Origini heyətinə qatmağa çox yaxındır.
Offsideplus.az xəbər verir ki, qol yollarında çətinlik çəkən "qara qartallar" 26 yaşlı belçikalıyla təmasa keçib. Adı çəkilən oyunçunun "Liverpul"la sözləşməsi bu mövsümün sonu başa çatır.
Həmçinin "mersisaydlılar" qışda Origini göndərməyi də planlayır.
Qeyd edək ki, Belçika millisinin üzvü 2014-cü ildən "Liverpul"da çıxış edir.