"Vest Hem" Kurt Zumanın transferini bitirmək üzrədir.

Offsideplus.az "Sky Sports"a istinadən  xəbər verir ki, 26 yaşlı müdafiəçi tibbi müayinədən keçəcək. "Vest Hem" Kurt üçün "Çelsi"yə 25 milyon avro ödəniş edəcək.

Qeyd edək ki, Zumanın "Çelsi" ilə 2023-cü ilin yayınadək müqaviləsi var.