"Aston Villa" "Mançester Yunayted"in futbolçusu ilə güclənib.
Offsideplus.az xəbər verir ki, Aksel Tuanzebe "Aston Villa"ya icarəyə göndərilib. 23 yaşlı müdafiəçi 2022-ci ilin iyununa qədər bu komandada çıxış edəcək.
Qeyd edək ki, Tuanzebe 2018-19 mövsümünü də icarə əsasında "Aston Villa"da keçirib.



