Azərbaycan millisi və "Vulverhempton"un futbolçusu Renat Dadaşovla Portuqaliya klubu yaxından maraqlanır.

Offsideplus.az "Jornal do Centro"ya istinadən xəbər verir ki, 22 yaşlı forvard karyerasını "Tondela" klubunda davam etdirə bilər. Klub Dadaşovu icarəyə götürməyi planlaşdırır. 

Qeyd edək ki, 2019-cu ildə "Vulverhempton"a keçən Renatın Premyer Liqa təmsilçisi ilə 2023-cü ilədək müqaviləsi var.