"Barselona" futbolçusu Fransisko Trinkaonu icarəyə göndərib.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Vulverhempton" 2022-ci ilin 30 iyununa qədər 21 yaşlı vingeri heyətinə qatıb. Premyer Liqa təmsilçisinin gələn yay futbolçunu 25 milyon funt-sterlinqə almaq seçimi var.
Qeyd edək ki, 2020-ci ilin yayında Kataloniya təmsilçisinə qoşulan portuqaliyalı oyunçu, 43 oyunda 3 qol vurub, 2 assistlə yadda qalıb.