Rafa Benites bu gün "Everton"un məşq bazasına gəlib.

Offsideplus.az xəbər verir ki, iki həftəlik danışıqlardan sonra, nəhayət, İngiltərə təmsilçisi ispaniyalı mütəxəssislə müqavilə bağlayıb. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. Rəsmi açıqlamanın bu gün veriləcəyi gözlənilir.

Benites 2024-cü ilədək "Everton" komandasını çalışdıracaq. İtaliya klubları 61 yaşlı mütəxəssisə təklif göndərsə də, o, Premyer Liqadakı işi üstün tutub.

Qeyd edək ki, 2004-10-cu illərdə "Liverpul"u çalışdırdığı üçün bəzi azarkeşlər Rafa Benitesin komandanın sükanı arxasına keçməsini istəmirdi.