"Everton"un qəzəbli azarkeşləri Rafa Benitesin evinin yaxınlığında pankart açıblar.

Offsideplus.az xəbər verir ki, tərəfdarlar ispaniyalı mütəxəssisin komandanın sükanı arxasına keçməsini istəmir. Bir qrup azarkeş 61 yaşlı çalışdırıcının evinin yaxınlığında üzərində təhdidlər yazılmış pankart açıb: "Müqavilə imzalama, harada yaşadığını bilirik", "Azarkeşləri dinlə Rafa, müqavilə imzalama", "Pul mənəviyyatından üstündür, "Everton"a gəlmə". 

Belə ki, bəzi tərəfdarlar "Liverpul"la bağlılığı olan Benitesi "Everton"da görmək istəmir. 

Qeyd edək ki, Rafael Benites 2004-10-cu illərdə "Liverpul"u çalışdırıb.

Screenshot 2021 06 28 151824

 

Screenshot 2021 06 28 151842

 

Screenshot 2021 06 28 151859