“Vulverhempton” klubu qapıçısı Con Raddi ilə müqavilənin müddətini artırıb.

Offsideplus.az xəbər verir ki, 34 yaşlı ingilis qolkiper bir illik yeni müqaviləyə imza atıb. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti iyunun 30-na kimi idi.

Qeyd edək ki, Con Raddi 2017-ci ildən "canavarlar"ın şərəfini qoruyur.