"Liverpul" klubu bir neçə futbolçusu ilə yolları ayırmaq niyyətindədir.
Offsideplus.az xəbər verir ki, "qırmızılar" Marko Qruyiç, Divok Origi, Cerdan Şakiri və Harri Uilsonlə yolları ayırmaq istəyir.
Həmçinin Mersisayd təmsilçisinin yaponiyalı futbolçusu Takumi Minamino əvvəlki mövsümün bir hissəsini icarə əsasında keçirdiyi "Sauthampton"a transfer edilə bilər.
"Liverpul" bütün bu satışlar sayəsində təxminən 60 milyon funt sterlinq qazanmağı hədəfləyir.