"Mançester Siti" klubunun aparıcı futbolçusu Kevin de Brüyne əməliyyat olunub.

Offsideplus.az xəbər verir ki, 29 yaşlı belçikalı yarımmüdafiəçinin əməliyyatı uğurlu keçib. O, bazarertəsi günü millinin düşərgəsinə qayıdacaq.

Qeyd edək ki, Belçika seçməsi 12 iyun Avro-2020-nin qrup mərhələsinin ilk matçında Rusiya ilə qarşılaşacaq.