İngiltərə Premyer Liqasında 2020-21 mövsümünün ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

Offsideplus.az "Sky Sports"a istinadla xəbər verir ki, "Mançester Siti"li Ruben Dias rəqiblərini qabaqlayaraq birinci olub. 24 yaşlı müdafiəçi "Vest Hem"li Tomas Souçeki, "Aston Villa"lı Cek Qrilişi, komanda yoldaşı Kevin de Brüyneni, "Mançester Yunayted"li Bruno Fernandeşi, "Tottenhem"li Harri Keyni, "Çelsi"li Meyson Mauntu və "Liverpul"lu Məhəmməd Salahı qabaqlayıb. 

Qeyd edək ki, Dias ötən yay 68 milyon avro qarşılığında "Benfika"dan "Mançester Siti"yə transfer olunmuşdu.