"Çelsi" futbolçusunu satmaq haqda düşünür.

Offsideplus.az "Calciomercato"ya istinadla xəbər verir ki, "zadəganlar" Hakim Ziyeşin satışından gəlir əldə etmək istəyir. Mərakeşli hücumçu ilə "Milan" və "Napoli" yaxından maraqlanır.

Qeyd edək ki, 40 milyon avro dəyəri olan Ziyeş ötən ilin yayından bu yana "Çelsi" formasında meydana çıxdığı 39 matçda 6 qol vurub, 4 qolun ötürməsini verib.