"Mançester Siti" "Barselona"nın müdafiəçisini transfer etmək istəyir.
Offsideplus.az Sport.es-ə istinadla xəbər verir ki, İngiltərə nəhəngi Serxi Robertonu heyətinə qatmaqda maraqlıdır. Pep Qvardiola yaxından tanıdığı universal müdafiəçinin komandası üçün faydalı olacağını bildiyindən, transferlə bağlı rəhbərliyə müraciət edib.
Transfer sövdələşməsi baş tutmasa, futbolçu mübadiləsi gerçəkləşə bilər. Belə ki, "Barselona" Serxinin Emerik Laportla dəyişdirilməsində maraqlıdır. Lakin bunun üçün ingilislərə pul ödəmək lazım gələcək.



