Dünən baş tutan "Mançester Yunayted" - "Fulhem" matçından (1:1) sonra Pol Poqba və Amad Diallo Fələstinə dəstək göstərib.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar"ın futbolçuları Fələstin və İsrail arasında baş verən hadisələrə görə, meydanda və tribunalarda Fələstin bayrağını dalğalandırıblar.
PSV-nin israilli futbolçusu Eran Zahavi isə maraqlı hərəkəti ilə gündəmə gəlib. 33 yaşlı forvard Poqba və Diallonun şəklinə İsrail bayrağı əlavə edib və bu sözləri yazıb: "Çox sağolun, bütün dünyanın verdiyi dəstək üçün təşəkkürlər".