"Mançester Yunayted"in sabiq oyunçusu Erik Kantonanın adı Premyer Liqanın "Şöhrət zalı"na salınıb.
Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, "Şöhrət zalı"na adı daxil edilən 3-cü futbolçu əfsanəvi Erik Kantona olub. Daha əvvəl "Arsenal"dan Tyeri Anri və Alan Şirerin adı bu zala daxil edilib.
Qeyd edək ki, Kantona 1992-97-ci illərdə "qırmızı şeytanlar"ın şərəfini qoruyub.