Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırmağı qarşısına məqsəd qoyan "Çelsi"nin növbəti hədəfi Erlinq Haalandı transfer etməkdir.
Offsideplus.az "Daily Star"a istinadla xəbər verir ki, klubun sahibi Roman Abramoviç baş məşqçi Tomas Tuxelin işindən kifayət qədər razıdır və yaydakı transfer çalışmalarında ona kifayət qədər sərbəstlik verəcək. Tuxel isə vaxtilə çalışdırdığı komandanın - Dortmund "Borussiya"sının uğurları üçün tər tökən Haalandı sərəncamında görmək istəyir.
Norveçli ulduzu İngiltərəyə gətirmək üçünsə "Borussiya"ya azı 110 milyon avro ödəmək lazımdır. Artıq "Çelsi" bununla bağlı plan cızıb.
Tuxelin istəmədiyi, belə deyək, komandaya fayda verməyən futbolçular satılmalıdır! Onların sayı isə 12 nəfərdir.
Temmi Abraham - 46 milyon avro
Kurt Zuma - 34 milyon avro
Fikayo Tomori - 28 milyon avro
Ruben Loftus-Çik - 28 milyon avro
Ross Barkli - 23 milyon avro
Mişi Batşuayi - 17 milyon avro
David Zappakosta - 11,5 milyon avro
Viktor Mozes - 9 milyon avro
Baba Rahman - 8 milyon avro
Kenedi - 5,7 milyon avro
Denni Drinkvoter - 5,7 milyon avro
İke Uqbo - 5,7 milyon avro