Futbol üzrə Portuqaliya yığmasının hücumçusu Rafael Leao və Çili yığmasının müdafiəçisi İvan Roman yoldaşlıq oyunu zamanı meydandan kənarlaşdırılıblar.

Offsideplus.az xəbər verir ki, birinci hissənin sonuna yaxın hər iki oyunçu qırmızı vərəqə alıb.

Lissabonda "Eştadiu Nasional du Jamor" stadionunda keçirilən oyun zamanı Leao Romanı bir neçə dəfə itələyib, daha sonra isə əli ilə onun üzünə vurub.

Qeyd edək ki, oyunda ilk qolu 58-ci dəqiqədə portuqaliyalı hücumçu Qonsalo Qedeş vurub. Ev sahibi komandanın yarımmüdafiəçisi Bruno Fernandes 75-ci dəqiqədə komandasının üstünlüyünü artırıb. 90+2-ci dəqiqədə çilili hücumçu Lukas Sepeda yekun hesabı müəyyənləşdirib: 1:2.