Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor "Mançester Yunayted"i almaq istədiyini açıqlayıb. 

 Offsideplus.az xəbər verir ki, irlandiyalı döyüşçü bu barədə Tvitter hesabında paylaşım edib. O, azarkeşlərə müraciət ünvanlayıb:

 "Mançester Yunayted"i almağı fikirləşirəm. Bu barədə nə düşünürsüz?"

Qeyd edək ki, Avropa Super Liqasına qoşulduğu üçün "qırmızı şeytanlar"ın azarkeşləri əsəbiləşmiş və klub rəhbərliyinin dəyişdirilməsini tələb etmişdilər.

Bundan əlavə, klubun vitse-prezidenti Ed Vudvord 2021-ci ilin sonunda vəzifəsindən istefa verəcəyini açıqlayıb.

Xatırladaq ki, "Mançester Yunayted" digər İngiltərə klubları daxil olmaqla, yeni liqadan çıxdığını dünən açıqlayıb.