İngiltərə Premyer Liqası klubu "Vulverhempton" özünü 2018/19 mövsümünün çempionu adlandırıb.
Offsideplus.az xəbər verir ki, klub rəsmi "tvitter" hesabının məlumat bölməsində bu sözləri yazıb: "2018/19 mövsümünün Premyer Liqa çempionu".
Qeyd edək ki, "canavarlar" həmin sezonu 7-ci yerdə tamamlamışdılar. İlk "6-lıq"da isə hazırda Avropa Super Liqasına qatılan komandalar qərarlaşmışdı.
Xatırladaq ki, Azərbaycan millisinin üzvü Renat Dadaşov "Vulverhempton"un formasını geyinir. 22 yaşlı hücumçu 2019-cu ilin avqustunda İngiltərə klubu ilə 4 illik müqavilə imzalayıb.