UEFA Çempionlar Liqasının 1/4 finalında "Portu" ilə oyundan sonra "Çelsi"nin baş məşqçisi Tomas Tuxel futbolçularına içki içməyə icazə verib.
Offsideplus.az "Goal"a istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis futbolçularının istirahət etməsi üçün belə qərar verib. Bu barədə o, özü açıqlayıb:
"Mənəvi cəhətdən bərpa olunmaq lazım olduğunu başa düşürük. Məsələn, gecəni Sevilyanın tanıdığımız otellərindən birində keçirdik. Çox gözəl yer idi. Çox isti olduğundan çöldə oturmaq üçün fürsətimiz də oldu. Sakitləşdirici bir an idi və sadəcə bir-birimizin yanında olmağımızdan zövq alırdıq. Futbolçular istəsələr bir stəkan şərab və ya pivə də içə bilərdilər. Oyunlara çıxmadan öncə belə bir mühit yaratmaq və bu şəkildə istirahət etmək həqiqətən vacib idi”.
Qeyd edək ki, "Çelsi" bu gün Bakı vaxtı ilə saat 20:30-da "Siti" ilə qarşılaşacaq.