Azərbaycan millisinin və "Vulherhempton"un futbolçusu Renat Dadaşov komanda ilə məşqlərə qoşulub.
Offsideplus.az xəbər verir ki, ötən ilin sentyabrında axill vətəri qırılan və bu səbəbdən əməliyyat olunan 22 yaşlı hücumçu kollektiv məşqlərə başlayıb. Belə ki, Dadaşov U-23 komandası ilə hazırlıqda iştirak edib.
Premyer Liqa klubu Renatın şəklini paylaşaraq, bu sözləri yazıb: "Səni görmək xoşdur, Renat Dadaşov! U-23 komandamızın üzvü zədəsini sağaltmağa davam edir".
Qeyd edək ki, Dadaşovun "Vulverhempton"la 2023-cü ilin yayınadək müqaviləsi var.