"Mançester Yunayted" futbolçusu Meyson Qrinvud ilə yeni anlaşma imzalayıb.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" 19 yaşlı forvard ilə razılığa gəlib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Müqavilənin müddəti 2025-ci ilə qədərdir və bir il uzatmaq şərti var.

Qeyd edək ki, 6 yaşından klub akademiyasında çıxış edən Meyson 2018-ci ildən bəri "Mançester Yunayted"in şərəfini qoruyur.