Premyer Liqanın sonuncu qalibi "Liverpul" pis günlərini yaşayır.

Çempionluq mübarizəsində "Mançester Siti"dən 13 xal geri düşən ("şəhərlilər"in ehtiyatda 1 oyunu var) mersisaydlıların "qızıl"ı qoruyacağı inandırıcı görünmür. Hətta baş məşqçi Yurgen Kloppun özü də "Lester"lə oyundan sonra növbəti çempionluğa ümid etmədiyini təəssüf hissi ilə bildirmişdi. Buna baxmayaraq, azarkeşlər alman mütəxəssisin işindən razıdır.

Offsideplus.az xəbər verir ki, bir qrup fanat baş məşqçiyə dəstək məqsədi ilə banner hazırlayıb. Üstünə "Sən heç vaxt tək olmayacaqsan, Yurgen" sözləri yazılan banneri "Enfild Road"ın məhəccərlərindən asan avarkeşlər bununla da əhvalı yerində olmayan təcrübəli mütəxəssisə dəstək vermiş olublar. 

Qeyd edək ki, "Liverpul" Çempionlar Liqasının 1/8 final mərhələsində sabah "Leypziq"lə qarşılaşacaq.

klopp