"Çelsi"nin qovduğu Frenk Lempard baş məşqçisini yollayan digər İngiltərə klubuna rəhbərlik edə bilər.

Offsideplus.az xəbər verir ki, "Bornmut" klubu çalışdırıcısı Ceyson Tindelli istefaya göndərib. Onun yerinə "Çelsi"nin sabiq baş məşqçisi Frenk Lempardın keçəcəyi gözlənilir. 42 yaşlı mütəxəssis bu vəzifəyə əsas namizədlərdən biridir. 

Qeyd edək ki, "zadəganlar" Frenk Lempardın yerinə alman çalışdırıcı Tomas Tuxeli gətirib.