Müdafiə xəttində ciddi problemlər yaşayan "Liverpul" "Real Madrid"in futbolçusunu transfer etməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, "qırmızılar" yazın günlərdə Eder Militano heyətinə qatmaq istəyir. İngiltərə təmsilçisi qış transfer dönəmi bitmədən birinci günə qədər keçidi reallaşdırmağı düşünür. Belə ki, "Liverpul" rəhbərliyi 23 yaşlı müdafiəçi üçün "Kral klubu" ilə danışıqlar aparır.

Bir müddət öncə "Real"ın baş məşqçisi Zinədin Zİdanın köməkçisi bildirmişdi ki, braziliyalı transfer pəncərəsi bağlanmamış icarə əsasında komandanı tərk edə bilər.

Qeyd edək ki, Eder Militao ilə İngiltərədən "Tottenhem", İtaliyadan isə "Roma", "Milan" və "İnter" klubları maraqlanırdı.

Xatırladaq ki, Militao 2019-cu ildə "Portu"dan 50 miylon avroya Madrid təmsilçisinə transfer olmuşdu.