Tomas Tuxel "Çelsi"də baş məşqçi postuna keçəndən sonra ab-hava kifayət qədər yaxşılaşıb.

Yanvarın 26-da təqdimatı baç tutan alman mütəxəssis bir gün sonra yeni komandasını "Vulverhempton"la oyuna çıxardı (0:0).

Offsideplus.az xəbər verir ki, həmin görüşdən öncəki məşqdə maraqlı hadisə yaşanıb. Tuxelin futbolçuların hamısının adını əzbər bilməməsi, üstəlik,tələffüz zamanı əziyyət çəkməsi ortaya gülməli mənzərənin çıxmasına səbəb olub. Belə ki, qarşılaşmadan öncə təcrübəli mütəxəssis kapitan Sesar Aspilikuetanı yanına çağırmaq istəyib. Bu an dili topuq vurub, kapitanı "Aspli, Aspli" deyə səsləyib. Hadisə yerinə yaxın olan Kristian Pulisiç baş məşqçinin müraciətini eşidincə, özünü saxlaya bilməyib. Tuxel da özünü itirməyərək bir xeyli gülüb.

Qeyd edək ki, Tuxel Dortmund "Borussiya"sını çalışdıranda Pulisiç bu məşqçinin rəhbərliyi altında oynayıb. 

Palisik made fun of Tuchel for the pronunciation of the