Frenk Lempardın "Çelsi"dən ayrılacağı ilə bağlı dolaşan xəbərlər bitmir.

Hər həftə "göndərilir", yerinə kimsə "təyin olunur".

Offsideplus.az "Sky Sports"a istinadla xəbər verir ki, Lempard haqqında deyilənlərlə bağlı danışıb: "Sosial şəbəkələrdə yazılanları oxusaz, çox şey eşidərsiz. Şəxsən mən oxumuram. Mən axmaq deyiləm. Hansı klubda çalışdığımı dərk edir və mümkün olan bütün çətinlikləri göz önünə alıram. Vaxtımı öz işimi görməyə həsr edirəm".

Qeyd edək ki, Lempardı Tomas Tuxel, Yulien Naqelsmann, Andrey Şevçenko kimi mütəxəssislərin əvəzləyəcəyi deyilir.