Bu mövsüm İngiltərə Premyer Liqasının iddialı klublarından "Tottenhem" müdafiə xəttini "Real"ın futbolçusuyla gücləndirmək istəyir.

Offsideplus.az Mundo Deportivo-ya istinadən xəbər verir ki, Joze Mourinyo sabiq klubundan Eder Militaonu transfer etmək fikrindədir. Bu mövsüm "Real"da çox oyuna çıxa bilməyən braziliyalının "Tottenhem"in təklifinə pozitiv yanaşacağı gözlənilir.

Qeyd edək ki, "Kral klubu" 2018-ci ildə 22 yaşlı müdafiəçi üçün "Porto"ya 50 milyon avro ödəyib.