Futbol üzrə İngiltərə Premyer Liqası tarixinin ən yaxşı transferlərinin adları açıqlanıb.

Offsideplus.az xəbər verir ki, ilk pillədə 2003-cü ildə Portuqaliyanın "Sportinq" klubundan "Mançester Yunayted"ə keçən, hazırda İtaliyanın "Yuventus" klubunun formasını geyinən Kriştiano Ronaldo yer alıb.

1999-cu ildə "Yuventus"dan "Arsenal"a transfer olan Tyerri Anri ikinci, 1992-ci ildə "Lids Yunayted"i "Mançester Yunayted"ə dəyişən Erik Kantonanın keçidi isə üçüncü kimi dəyərləndirilib.