"Tottenhem"in çılğın baş məşqçisi Joze Mourinyo həmkarı Yürqen Kloppa söz atıb.
Offsideplus.az xəbər verir ki, 57 yaşlı mütəxəssis "Arsenal"la qarşılaşmadan öncə mətbuat konfransı keçirib. Mourinyo İngiltərə Premyer Liqası klublarının baş məşqçilərinin sıx cədvəldən şikayətlənməyinə fikir bildirib. Kloppun sözlərinə göndərmə edən ispaniyalı baş məşqçi, mövsüm başlayanda kimsənin ona dəstək olmadığını qeyd edib:
"Bir həftədə 4 oyun keçirdik, kimsə nə bizə ağladı, nə də dəstək oldu. İndi də həmkarlarım bu problemlə üzləşir".
Qeyd edək ki, "Tottenhem" - "Arsenal" qarşılaşması sabah Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.