Liverpool-un hücumçusu Roberto Firmino bu mövsüm İngiltərə Premyer Liqasında 62 dəfə rəqibdən topu alıb.

Offsideplus.az xəbər verir ki, braziliyalı futbolçu bu baxımdan 20-ci sıradadır. Hücumçulardan Firminonu yalnız Swansea City-nin forvardı Cordan Ayu qabaqlayır. Maraqlıdır ki, "sambaçı" top qazanmağa görə bir sıra müdafiəçi və yarımmüdafiəçiləri də geridə qoyur.

Bunların arasında Şkodran Mustafi, Naço Monreal, Loran Kosilni (Arsenal), Erik Dayer, Davinson Sançez (Tottenham), Nikolas Otamendi, Kayl Uoker (Manchester City), Antonio Valensiya, Kris Smollinq (Manchester United) də var.