"Çelsi"nin hücumçusu Olivye Jiru İtaliya A Seriyası klublarının hədəfindədir.
Offsideplus.az Givemesport-a istinadən xəbər verir ki, "Yuventus" və "İnter" Fransa millisinin 34 yaşlı üzvü ilə yaxından maraqlanır.
"Yuventus" qış transfer dönəmində Jirunu heyətinə qatmağı planlaşdırır. Ronaldo və Dibalanın yükünü azaltmağa çalışan İtaliya nəhəngi sərfəli qiymətə "Çelsi"nin ulduzunu transfer edə bilər.
"İnter" Jiru ilə yaxından maraqlansa da, futbolçunun birbaşa transferi üçün müəyyən məbləğ ödəməli olacaq.
Qeyd edək ki, veteran futbolçunun satış qiyməti 4,5 milyn funt-sterlinqdir.