İngiltərənin "Vulverhempton" klubunun futbolçusu Raul Ximenes başından əməliyyat edilib.

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu Premyer Liqanın X turunda "Arsenal"ı 2:1 hesabı ilə məğlub etdikləri matçda rəqib futbolçu David Luislə toqquşub. Hadisədən sonra matç 10 dəqiqəlik dayanıb. Ximenes meydanı huşsuz vəziyyətdə, oksigen maskası taxaraq xərəkdə tərk edib.

Onun nə vaxt yaşıl meydanlara qayıdacağı barədə məlumat verilməyib.