İngiltərənin "Liverpul" və "Tottenhem" klublarında çıxışı ilə əfsanələşən qapıçı Rey Klemens 72 yaşında vəfat edib.
Offsideplus.az xəbər verir ki, əfsanəvi oyunçu ötən əsrin 1967-1981-ci illər ərzində "Liverpul", 1981-1988-ci illərdə isə "Tottenhem" klublarının şərəfini qoruyub.



