“Çelsi”nin futbolçusu Emerson Palmieri gələcək karyerası ilə bağlı açıqlama verib.
Offsideplus.az xəbər verir ki, London klubunda kifayət qədər oynamamasından şikayətlənən 26 yaşlı futbolçu yenidən A Seriyasında çıxış etmək istədiyini bildirib:
“Müxtəlif klublardan maraq var. İtaliyaya qayıtmaq istəyirəm. Bunun yanvarda, ya beş il sonra olacağını bilmirəm.
O, hər şey çox sürətlə dəyişir. Təəssüf ki, “Çelsi”də kifayət qədər şans qazanmıram. Başqa bir klubda hər şeyin daha yaxşı olacağını düşünürəm”.
İtaliyalı cari mövsümdə Premyer Liqada meydana çıxmayıb. O, “Çelsi”yə “Roma”dan transfer olunub.



